Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər.
İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib.
Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır.
Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir.
Tutacaqlar düz və ya əyri ola bilər.